Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan kanoeçisi Boqdan Kurudz Avropa çempionu olub

Portuqaliyanın Montemor-u-Velyu şəhərində avarçəkmənin kayak və kanoe növü üzrə Avropa çempionatı keçirilir. Çempionatın ilk günü 35-39 yaşlılar arasında Masters kateqoriyasonda 1 nəfərlik kanoe qayıqla 500 metr məsafəyə yürüşdə iştirak edən təmsilçimiz Boqdan Kurudz bütün rəqiblərini geridə qoyaraq, finişə birinci çatıb. Bununla da Boqdan Kurudz bu kateqoriyada qızıl medal qazanaraq Avropa çempionu olub.

İyunun 13-də isə, Kurudz bir nəfərlik kanoe qayıqla 200 metr məsafədə özünü sınayacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin