Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın voleybol millimiz Şimali Makedoniya ilə qarşılaşacaq 

Qadın voleybolçular arasında keçirilən Avropa Liqasında ikinci tura dünən  start verilib. Hesabat turunun oyunları İspaniyada keçirilir. Millimiz sözügedən turnirdə ilk matçını bu gün Şimali Makedoniyaya qarşı keçirəcək. Faiq Qarayevin yetirmələri İyunun 14-də isə ev sahibi olan İspaniya ilə üzləşəcək. 

Qeyd edək ki, turnirdə son turun oyunları 19-21 İyun günlərində İsveçdə baş tutacaq. Millimiz iyunun 19-da İzrail, 20 iyunda isə İsveçlə üzləşəcək. 

Yeri gəlmişkən, qadin millimiz ilk iki oyundan sonra topladığı 3 xalla 24 komanda arasında 11-cidir.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin