"Odlar Yurdu" DÇ-ya qatılacaq
17-22 iyun günlərində Honq Konqda şahmatın rapid və blits növü üzrə komandalararası dünya çempionatı keçiriləcək. Çempionatda Azərbaycan "Odlar Yurdu" komandası ilə təmsil olunacaq.
AŞF-dən verilən məlumata görə, komandamın heyətinə Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə və Murad Həşimov cəlb edilib. Yeri gəlmişkən, Rauf Məmmədov həm də komandanın kspltanıdır.
Bir məqamı da qeyd edək ki, AŞF-nın baş katibi İlahə Qədimova mundialda baş hakimin müavini olacaq.
Reqlamentə görə, iştirakçı komandaların heyəti 5 kişi, 1 qadın və 1 həvəskar şahmatçıdan ibarət olmalıdır.
İNTİQAM Məmmədov


