Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mundial davam edir

İyunun 11-də Meksikada keçirilən və 2:0 hesabla bitən Meksika - CAR görüşü ilə startı verilən futbol üzrə 23-cü dünya çempionatı davam edir. Dünən mundialda ilk ən böyük hesablı nəticə qeydə alınıb. Mundialın "E" qrupunda yer alan Almaniya millisi start matcında Karasao komandasını  darmadağın hesabla məğlub edib - 7:1.

Bu qrupda bas tutan digər oyunda isə Kot-d 'İvuar millisi Ekvadoru minimal hesabla məğlub edib - 1:0.

Dünən gecə saatlarında "F" qrupunda Hollandiya ilə Yaponiya millisi öz aralarında qalibi aşkar edə bilməyiblər - 2;2. Həmin qrupda bas tutan digər matçda isə İsveç komandası Tunis millisi üzərində böyük hesablı qələbə qazanıb - 5:1.

"C" qrupunda Haita komandası Şotlandiya ilə bacarmayıb - 0:1. Bu qrupda keçirilən Braziliya - Mərakeş matçında isə tərəflər hərəyə bir qolla kifayətləniblər  - 1:1.

Bir gün öncə isə "D" qrupunda mübarizə aparan Türkiyə millisi Avstraliya komandasına uduzub - 0:2. Elə həmin qrupda yer alan və mundiala şərikli ev sahibliyi edən ABŞ isə Paraqvayı üstələyib - 4:1.

"B" qrupunda Qətər İsveçrə ilə, Kanada isə Bosniya və Herseqovina komandasıyla eyni hesabla sülh bağlayıb - 1:1.

Bu gün "H" qrupunda yer alan və mundialın əsas favoriti hesab edilən İspaniya millisi Koba-Verde ilə qarşılaşacaq. "G" qrupunda isə Belçika - Misir matçı olacaq.

Qeyd: DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada (3 ölkədə) keçiriləcək mndialda 48 komanda 12 qrupda cəmləşib. Reqlamentə görə, qrupda ilk iki yeri tutan (24 komanda) və 8 ən yaxşı üçüncü yerin sahibləri də daxil olmaqla (cəmi 32 milli) mübarizəni 1/16 finaldan davam etdirəcəklər.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin