Saakaşvili:
“Qızılgül inqilabına qədər azərbaycanlılar təcrid olunmuş vəziyyətdə yaşayırdı”
Saakaşvili: Qızılgül inqilabına (2003) qədər azərbaycanlılar təcrid olunmuş şəkildə yaşayırdılar. Əsasən kənd təsərrüfatı ilə məşğul idilər, gürcü dilini bilmirdilər, ictimai həyatda iştirak etmirdilər. Onları o zamankı milis amansız şəkildə sıxışdırırdı.
Bir dəfə Şevardnadzenin dövründə ədliyyə naziri işlədiyim vaxt Bolnisidə “Dezertirlər bazarı”na gedən avtobusa mindim. Axırıncı yerdə oturmuşdum, bizi tanımasınlar deyə gün eynəyi və papaq taxmışdım və DYP əməkdaşlarının bizi saxlamasını videoya çəkirdik.
Bazaradək düz 21 dəfə bizi saxladılar, hər dəfə pul tələb edərək. Azərbaycanlıların pulu qurtaranda isə Tbilisinin yaxınlığında, milis pomidoru, soğanı, süpürgəni onların əllərindən almağa başladı.
Bu videonu Təhlükəsizlik Şurasının iclasında Şevardnadzeyə və onun nazirlərinə göstərdim. Prezidentin reaksiyası sıfır idi, nazirlər isə qəhqəhə ilə gülürdülər.
Bizim hakimiyyət isə 2004-cü ildən etibarən milisi ləğv etdi, insanların sıxışdırılması dayandırıldı.
Sonra biz azərbaycanlıların inteqrasiyası üçün ciddi addımlar atmağa başladıq. Təhsil naziri Kaxa Lomianın etdiyi ilk işlərdən biri azərbaycanlı və erməni gənclər üçün universitetə qəbulun sadələşdirilməsi oldu.
Bundan sonra əvvəllər təhsil almaq üçün yalnız Azərbaycana gedən azərbaycanlı gənclər Gürcüstanda qaldılar.
Bundan başqa, sonra gürcü magistrantları azərbaycanlı və digər azlıq bölgələrinə gürcü dili müəllimi kimi göndərdik. Onlara ayda 1500 lari ödəyirdik ki, bu da o vaxt 900 dollar idi (inflyasiya nəzərə alınarsa, bugünkü 1600 dollar).
Bundan əlavə, biz azərbaycanlıları dövlət orqanlarında irəli çəkməyə başladıq.
Gürcüstanda azərbaycanlıların inteqrasiyası üçün məndən çox heç kim iş görməyib, heç kim onları mənim qədər sevmir, amma yalnız keçmişi xatırlatmaqla uzağa gedə bilmərik


