Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı +FOTO=29

“Xəzərin dalğaları 2026” (Caspian Waves 2026)  Beynəlxalq Akvarel Festivalı 12-13-14 iyun tarixlərində baş tutdu.

Festval 12 iyun saat 10:00 da qonaqların qarşılanması, təntənəli açılış, musiqi səhnələri,yerli və xarici rəssamların canlı rəsm performansı ilə Xətai Sənət Mərkəzində öz işinə başladı.

Müxtəlif ölkələrdən olan rəssamlar eyni yaradıcılıq məkanında çalışaraq akvarel sənətinin insanları və mədəniyyətləri birləşdirən gücünü nümayiş etdirdilər.

Günün ikinci yarısında Azərbaycan Milli İncəsənət Muzeyində festival çərçivəsində beynəlxalq sərginin açılışı oldu. Sərgidə dünyanın 30 ölkəsindən 80-dən çox rəssamların 165 akvarel
əsəri nümayiş olundu.

Tədbirdə festivalın kuratoru və Beynəlxalq Suluboya Cəmiyəti Azərbaycan nümayəndəsi Səbinə İskəndər, Beynəlxalq Suluboya cəmiyyətinin Prezidenti Atanur Doğan, Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abhay Kumar, Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış etdilər.
Festivalın ikinci günü 30-a yaxın yerli və qonaq rəssamın Quba bölgəsində səyahət və beynəlxalq plenerlə yadda qaldı.

Festivalın üçüncü günü -14 iyun tarixində “Caspian Waves 2026” Beynəlxalq Akvarel Festivalı proqramını Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhərdə keçirilən açıq hava plenerləri ilə başladı. Rəssamlar qədim küçələr və memarlıq abidələri arasında çalışaraq şəhərin tarixi atmosferini akvarel əsərlərində əks etdirdilər.Günün sonunda festivalın bağlanış mərasimi və yekun sərgi Xəzər Media Mərkəzində baş tutdu.
Xəzər TV-nin nümayəndəsi Xədicə Həmidli qonaqları salamladı. Söz  alan festivalın kuratoru Səbinə İskəndər, Beynəlxalq Suluboya cəmiyyətinin Prezidenti Atanur Doğan ,Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov ,həmçinin, festival qonaqları çıxış edərək öz təəssüratlarını bölüşdülər və festivalın yüksək təşkilatçılıq səviyyəsini xüsusi vurğuladılar.

Festivalın bağlanış mərasiminin keçirilməsi üçün göstərdiyi dəstəyə və təqdim etdiyi məkana görə Xəzər TV-nin direktoru Murad Dadaşova xüsusi təşəkkür bildirildi.

Sonda bütün iştirakçı rəssamlar, qonaqlar və təşkilatçılar birlikdə xatirə fotosu çəkdirdilər, həmçinin, festivalın üç günlük proqramını əks etdirən video nümayiş etdirildi.

“Caspian Waves 2026” Beynəlxalq Akvarel Festivalı rəsmi olaraq öz işini uğurla başa vurdu.

Festival üç gün ərzində Bakını beynəlxalq akvarel sənətinin mühüm mərkəzlərindən biri kimi təqdim etdi və zəngin mədəni proqramla yadda qaldı.
Festivalda yerli rəssamlarla yanaşı, fəxri qonaq Beynəlxalq Suluboya cəmiyyətinin Prezidenti və təsisçisi Atanur Doğan, həmçinin, Türkiyə, Qazağıstan, Cin, Hindistan, Ukrayna, Rusiyadan olan 13 qonaq iştirak edirdi.

“Caspian Waves 2026” Beynəlxalq Akvarel Festivalı akvarel sənətinin təşviqi, beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi və rəssamlar arasında yaradıcı əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.

Fotolar Mahir Əhmədov

Best coffeeshop in Berlin