Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Messi DÇ-2026-ya het-triklə başlayıb 

ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə 23-cü dünya çempionatı (DÇ-2026) davam edir. İyunun 11-də startı verilən mundialda dünən daha bir necə oyun keçirilib. Futbol azarkeşlərinin ən çox diqqətini çəkən matçı isə Kanzas-Siti şəhərindəki "Arrwhead Stadium"  arenada baş tutub. Söhbət son dünya çempionu adını daşıyan Argentina ilə Əlvəzair arasındakı görüşdən gedir. Argentinanın böyük hesablı (3:0) qələbəsi ilə bitən bu oyun cənubi amerikalıların lideri, 38 yaşlı Lionel Messi üçün əlamətdar olub. Belə ki, karyerasında 6-cı dəfə mundiala qatılan Leo ilk görüşünü het-triklə qeyd edib. Matçın 17-ci dəqiqəsində hesabı açıb (1:0), 60-cı dəqiqədə dubl (2:0) edən Messi, 76-cı dəqiqədə isə özünün və komandasının üçüncü qolunu vuraraq, het-ttikə imza atıb. Bununla da o, dünya çempionatlarında  het-trik edən ən yaşlı (38 yaş, 357 gün) futbolçu kimi tarixə düşüb. O, həm də mundiallarda vurduğu qolların sayını 16-ya çatdırmaqla almaniyalı Miroslav Klozenin rekordunu təkrarlayıb. Mundialın yeni başladığını nəzərə alsaq, Messinin bu rekordu təzələyəcəyinə şübhə yoxdur.

Argentina növbəti matçını Avstriyaya qarşı keçirəcək. 

Yeri gəlmişkən, dünən "J" qrupunda baş tutan digər oyunda Avstriya millisi İordaniyanı üstələyib - 3:1.

Dünən "İ" qrupunda keçirilən oyunlara gəlincə, Fransa millisi Seneqalı (3:0), Norveç isə İrakı (4:1) məğlub edib.

Bu "K" qrupunda Portuqaliya - DR Konqo, "L" qrupunda isə İngiltərə - Xorvatiya oyunu olacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin