Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Astana Azərbaycandan olan pasiyentlər üçün yeni imkanlar açır: Bakıda tibbi turizm üzrə beynəlxalq roud-şou keçirilib

Bakıda Qazaxıstan və Azərbaycanın aparıcı tibb müəssisələrinin, turizm sənayesinin və hər iki ölkənin peşəkar ictimaiyyətinin nümayəndələri bir araya gətirən Astana şəhərinin tibbi turizm üzrə beynəlxalq roud-şou tədbiri keçirilib. Tədbir “Astana Tourism” Turizmin İnkişafı Mərkəzi tərəfindən Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin və Azərbaycan Tibbi və Termal Turizmə Dəstək Assosiasiyasının dəstəyi ilə təşkil olunub. Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel, roud-şounun Qazaxıstan və Azərbaycan arasında səhiyyə və tibbi turizm sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm platformaya çevrildiyini bildirib. Tədbirin əsas məqsədi Qazaxıstan paytaxtının müasir tibbi xidmətlərini beynəlxalq bazarda tanıtmaq, iki ölkənin klinikaları və turizm şirkətləri arasında tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, həmçinin xarici pasiyentləri müalicə üçün Astanaya cəlb etmək olub. Tədbir çərçivəsində Qazaxıstan paytaxtının aparıcı tibb müəssisələri öz nailiyyətlərini təqdim edib, diaqnostika və müalicənin qabaqcıl metodları barədə məlumat verib, həmçinin Astana təbabətinin hazırda malik olduğu yüksək texnologiyalı həlləri nümayiş etdiriblər. Bu gün Astana Mərkəzi Asiyanın aparıcı tibbi turizm mərkəzlərindən biri statusunu inamla möhkəmləndirir. Şəhərdə Joint Commission International (JCI) beynəlxalq standartları üzrə akkreditasiyadan keçmiş 9 tibb müəssisəsi fəaliyyət göstərir ki, bu da göstərilən tibbi xidmətlərin yüksək keyfiyyətini və təhlükəsizliyini təsdiqləyir. İştirakçılar arasında neyrocərrahiyyə, onkoloji xəstəliklərin müalicəsi, uşaq reabilitasiyası, reproduktiv tibb və estetik cərrahiyyə istiqamətləri xüsusi maraq doğurub – məhz bu sahələr hazırda azərbaycanlı pasiyentlər arasında ən çox tələb olunan istiqamətlərdən hesab olunur. Astana şəhərinin nümayəndə heyətinin tərkibinə Uşaq Reabilitasiyası Milli Mərkəzinin, Neyrocərrahiyyə Milli Mərkəzinin, Milli Elmi Onkologiya Mərkəzinin, Ecomed Reproduktiv Tibb Klinikasının və Tulip Medicine Plastik Cərrahiyyə Klinikasının nümayəndələri daxil olublar və onlar öz imkanlarını təqdim edib və azərbaycanlı həmkarları ilə birgə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Roud-şou proqramına Astananın tibb müəssisələrinin təqdimatları, iki ölkənin tibb ictimaiyyətinin nümayəndələri arasında B2B görüşlər silsiləsi, həmçinin tibbi turizm sahəsində tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə yönəlmiş əməkdaşlıq memorandumlarının imzalanması daxil olub. Tədbirin davamı olaraq iyunun 17-də Bakı sakinləri üçün Citomed klinikasının bazasında ödənişsiz ilkin konsultasiyalar təşkil edilib. Astanadan gələn aparıcı mütəxəssislər pasiyentləri qəbul edərək diaqnostika və müalicə məsələləri üzrə peşəkar rəy almaq imkanı yaradıblar. Bakıda beynəlxalq roud-şou tədbirinin keçirilməsi Astana şəhərinin tibbi turizminin inkişafı strategiyasının həyata keçirilməsi və Qazaxıstan paytaxtının keyfiyyətli, yüksək texnologiyalı tibbi yardımın beynəlxalq mərkəzi kimi təşviqi istiqamətində növbəti addım olub. Bu cür təşəbbüslərin inkişafı Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq üçün yeni imkanlar açır və region sakinlərinin dünya səviyyəli müasir tibbi texnologiyalara çıxışının genişlənməsinə töhfə verir.

* * *

* * *

RU:

Астана открывает новые возможности для пациентов из Азербайджана: в Баку прошло международное роуд-шоу по медицинскому туризму

В Баку состоялось международное роуд-шоу по медицинскому туризму города Астаны, объединившее представителей ведущих медицинских организаций Казахстана и Азербайджана, туристической отрасли и профессионального сообщества двух стран. Мероприятие было организовано Центром развития туризма Astana Tourism при поддержке Посольства Республики Казахстан в Азербайджанской Республике и Ассоциации поддержки медицинского и термального туризма Азербайджана. Посол Республики Казахстан в Азербайджане Алим Байель отметил, что роуд-шоу стало важной площадкой для укрепления сотрудничества между Казахстаном и Азербайджаном в сфере здравоохранения и медицинского туризма. Его главной целью стало продвижение современных медицинских услуг столицы Казахстана на международном рынке, развитие партнерских связей между клиниками и туристическими компаниями двух стран, а также привлечение иностранных пациентов на лечение в Астану. В ходе мероприятия ведущие медицинские организации столицы Казахстана представили свои достижения, рассказали о передовых методах диагностики и лечения, а также продемонстрировали высокотехнологичные решения, которыми сегодня располагает медицина Астаны. Сегодня Астана уверенно укрепляет статус ведущего центра медицинского туризма Центральной Азии. В городе функционируют 9 медицинских организаций, аккредитованных по международным стандартам Joint Commission International (JCI), что подтверждает высокий уровень качества и безопасности оказываемой медицинской помощи. Особый интерес участников вызвали такие направления, как нейрохирургия, лечение онкологических заболеваний, детская реабилитация, репродуктивная медицина и эстетическая хирургия — именно эти сферы сегодня являются одними из наиболее востребованных среди азербайджанских пациентов. В состав делегации города Астаны вошли представители Национального центра детской реабилитации, Национального центра нейрохирургии, Национального научного онкологического центра, клиники репродуктивной медицины Ecomed и клиники пластической хирургии Tulip Medicine, которые презентовали свои возможности и обсудили перспективы совместной работы с азербайджанскими коллегами. Программа роуд-шоу включала презентации медицинских организаций Астаны, серию B2B-встреч между представителями медицинского сообщества двух стран, а также подписание меморандумов о сотрудничестве, направленных на дальнейшее развитие партнерских отношений в сфере медицинского туризма. Продолжением мероприятия стали бесплатные первичные консультации, организованные 17 июня на базе клиники Citomed для жителей Баку. Ведущие специалисты из Астаны провели прием пациентов, предоставив возможность получить профессиональное мнение по вопросам диагностики и лечения. Проведение международного роуд-шоу в Баку стало очередным шагом в реализации стратегии по развитию медицинского туризма города Астаны и продвижению столицы Казахстана как международного центра качественной и высокотехнологичной медицинской помощи. Развитие подобных инициатив открывает новые возможности для сотрудничества между Казахстаном и Азербайджаном и способствует расширению доступа жителей региона к современным медицинским технологиям мирового уровня.

Best coffeeshop in Berlin