Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda gənclərlə maarifləndirici görüş 

 

       Masallıda gənclər arasında sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərin fəsadları barədə məlumatlılığın artırılması məqsədilə maarifləndirici tədbir təşkil olunub.
       İyunun 22-də Masallı Gənclər Evində keçirilən tədbirdə müəssisənin metodisti Tural Sadıqov və Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon təşkilatının sədri, yazıçı-publisist Akif Ağayev çıxış edərək iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat veriblər. Natiqlər zərərli vərdişlərin insan sağlamlığına, psixoloji vəziyyətinə, mənəvi inkişafına və cəmiyyətə inteqrasiyasına mənfi təsirlərindən bəhs edib, gəncləri sağlam həyat tərzinə üstünlük verməyə çağırıblar.
        Çıxışlarda bildirilib ki, siqaret çəkmək, alkoqollu içkilərdən və narkotik vasitələrdən istifadə kimi zərərli vərdişlər insan orqanizminə ciddi ziyan vurur, müxtəlif xəstəliklərin yaranmasına səbəb olur və şəxsin gələcək həyat perspektivlərini məhdudlaşdırır. Qeyd olunub ki, müasir dövrdə texnologiyadan və sosial şəbəkələrdən həddindən artıq, məqsədsiz istifadə də gənclərin vaxtının səmərəsiz keçməsinə, ünsiyyət bacarıqlarının zəifləməsinə və psixoloji problemlərin yaranmasına gətirib çıxara bilər.
      Tədbir zamanı iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb və zərərli vərdişlərdən uzaq durmağın yolları müzakirə olunub. Həmçinin sağlam həyat tərzinin formalaşdırılması, asudə vaxtın səmərəli təşkili, idmanla məşğul olmağın və mütaliənin əhəmiyyəti diqqətə çatdırılıb.
      Görüşün sonunda gənclərə sağlam gələcəyin təmin olunması üçün düzgün həyat seçimlərinin vacibliyi bir daha xatırladılıb və maarifləndirici tədbirlərin davamlı keçirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Akif VAQİFOĞLU

Best coffeeshop in Berlin