Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda Silahlı Qüvvələri Günü qeyd olunub

 

Masallıda 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunub.
Tarix-Diyarşünaslıq Muzeyi, Rayon İcra Hakimiyyəti, Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin dəstəyi ilə keçirilən “Qalib Azərbaycan Ordusu: tarix, qəhrəmanlıq və Zəfər ənənələri” adlı tədbirdə təşkilatçı və dəstəkçi qurumların əməkdaşları, veteranlar, qazilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Muzeyin direktoru Əntiqə Tağıyeva Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan, əldə olunan uğurlardan və tarixi Zəfərdən bəhs edib.
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayon üzrə nümayəndəsi Salman Yunusov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Ramiz Tağıyev, AJB-nin rayon təşkilatının sədri, “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev, YAP rayon təşkilatının əməkdaşı Əfrail Fərziyev, Birinci Qarabağ müharibəsi iştirakçıları Fuad Ağayev, Mirzəfər Həsənov və Yusif Mürsəlov çıxışlarında qüdrətli Azərbaycan Ordusunun Vətənin müdafiəsində göstərdiyi misilsiz xidmətlərdən, şəhidlərimizin qəhrəmanlığından və qazilərimizin şücaətindən danışıblar.
Çıxışlarda vurğulanıb ki, Silahlı Qüvvələri Günü xalqımızın təhlükəsizliyinin və dövlət müstəqilliyimizin keşiyində dayanan hərbi qulluqçulara dərin hörmət və ehtiramın ifadəsidir.
Tədbirin sonunda mövzuya həsr olunmuş sərgiyə baxış keçirilib.

 

Akif VAQİFOĞLU
 

Best coffeeshop in Berlin