Qulu Məhərrəmli:
Bu gün məşhur kinooperator Yuri Varnovskinin doğum günüdür
Bu gün bir çox məşhur filmlərimizin operatoru olmuş Yuri Varnovskinin doğum günüdür. Yura Bakıda doğulub (23.06.1947), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır.
Peşəkar kinooperator olan Y.Varnovskinin adl "Dəli Kür", "Nəsimi", "Dədə Qorqud", "Sevinc buxtası", "Babək", "Nizami", "Qarabağ şikəstəsi" və s. bədii filmlərlə bağlıdır.
Dostumuz Rüfət Əsədovun rejissoru olduğu bir neçə sənədli filmdə mən də Yura ilə birgə çalışmaq şərəfinə nail olmuşam. Onun mövzunu və təsviri duymaq, kadr, işıq və kompozisiya qurmaq məharəti bənzərsizdir. İnsan kimi isə misli yoxdur.
Mən dəyərli dostumuzu, indi kino aləmində sənəti "təsvir rejissoru" adlandırılan kinoopetator Yuri Varnovskinin doğum gününü ürəkdən təbrik edir, sağlamlıq və uzun ömür arzulayıram.
Yura, inşallah, gələn il 80-də görüşənədək!


