Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
29-30 iyun günlərində 17 yaşlı yeniyetmələr ( oğlan və qızlar) və kişilər arasında çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. İki gün davam edəcək turnirin ilk günü 17 yaşlı oğlanlar, ertəsi gün isə yeniyetmə qızlar və kişilər qum üzərinə çıxaraq öz bacarıqlarını nümayiş etdirəcəklər.
Çempionat Su İdmanı Sarayının yaxınlığında yerləşən Avropa Olimpiya Parkında (EGP Arena) təşkil ediləcək. Əsas məqsədi ölkə yığmasının heyətini müəyyənləşdirmək olan bu yarışa hər gün saat 10:00-da start veriləcək.
İNTİQAM Məmmədov


