Taekvondoçumuz Minayə Əkbərova Qazaxıstanda qızıl medal qazanıb
Astanada (Qazaxıstan) taekvondo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi ənənəvi "Kazakhstan Open-2026" beynəlxalq turnir yığmamızın üzvü Minayə Əkbərova üçün uğurlu olub.
ATF-dən verilən məlumata görə, 46 kq çəki dərəcəsində dayanq üzərinə çıxan taekvondoçumuz bütün görüşlərini qələbə ilə başa vuraraq, turnirin qalibi adını qazanıb və qızıl medala layiq görülüb.
İNTİQAM Məmmədov


