Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Sheki Open-2026" başa çatıb

"Azərbaycan Şahmat Turu" çərçivəsində Şəki şəhərində Azərbaycan Şahmat Federasiyasının və Gənclər İdman Nazirliynin birgə təşkilatçılığı ilə keçirilən "Sheki Open-2026" beynəlxalq şahmat turniri başa çatıb. 

İsveçrə sistemi üzrə keçirilməklə 9 turdan və səviyyəsinə görə 3 müxtəlif (A, B, C) qrupdan ibarət olan turnirdə 10 ölkəni təmsil edən 400-ə dək sahmatçı mübarizə aparıb.

A qrupunda birinci yeri 7 xalla həmyerlimiz Vüqar Rəsulov tutub. Onunla eyni xal ehtiyatına malik olan Murad İbrahimli ikinci, 6,5 xal toplayan İslam Havıəliyevsə üçüncü olub.

B qrupunda isə üç şahmatçı eyni xal toplayıb. Hərəyə 7 xal toplayan Emin Gəncəliyev, qazaxıstanlı Məhəmməd Vəliyev və Vüsal Əhmədov əlavə əmsallara görə müvafiq ardıcıllıqla ilk üç yeri bölüşüb.

C qrupunda qalib adını 8 xalla Məhəmməd Allahverdiyev qazanıb. Bu yarışda 2-3-cü yerləri isə Yusif Quliyev və Fateh Mirzə tutub.

Qeyd edək ki, "Sheki Open-2026"da blits və rapid üzrə yarışlar da keçirilib. Rapiddə İslam Hacıəliyev, blitsdə isə Macarıstan təmsilçisi Sənan Sjuhirov qalib olub.

Yeri gəlmişkən, "Azərbaycan Şahmat Turu" çərçivəsində növbəti tur Lənkəranda olacaq.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111