Seymur Verdizadə:
Babamın qəbrini şumlayan o alçağı necə bağışlayım?
Mən əbədi düşmənçiliyin əleyhinəyəm. Bütün müharibələr sülhlə bitir. Yüz illik müharibənin istirakçısı olan iki xalqın nümayəndələri bu gün qız alıb, qız verirlər...
Azərbaycanlılarla ermənilərin yaxın illərdə canbir, qəlbbir olacağına inanmıram. Subay oğlanlarımızın nə vaxtsa Haykanuşun özünə oxşayan qızına aşiq olacağı isə ağlımın ucundan da keçmir. Qızlarımızın başına dönüm, onlar heç sovet ideologiyasının tüğyan elədiyi 20-ci əsrdə də erməni oğlanlarını it yerinə qoymayıblar...
Başına dəyən “dəmir yumruq”dan sonra düşmən ağıllanıb. İyunun 7-də Ermənistanda keçirilən parlament seçkiləri bunu bir daha sübut etdi. Erməni xalqı sülh tərəfdarlarına səs verməklə müharibə əleyhinə olduğunu nümayiş etdirdi. Biz azərbaycanlılar da heç vaxt müharibə istəməmişik. Düşmənə atacağımız gülləyə verdiyimiz o pul bizə qurub-yaratmaq üçün lazımdır. Biz həmin pullarla Qarabağı abadlaşdırırıq. Gedənlər, görənlər bilir; doğma Qarabağın siması hər ötən gün bir az daha dəyişir. Ermənilərin xaraba qoyduğu torpaqlar insan əli, insan nəfəsi ilə yenidən dirçəlir. Yaşıl ağacların başında indi bülbüllər cəh-cəh vurur. Bu qədər gözəlliyin arasında donuza güllə atmaq heç insafdandırmı?!
Dostlarım, həmkarlarım tez-tez soruşur: Cıdır düzündə muğam oxunduğu, Xankəndidə balalarımızın dərs oxuduğu, Ağdamda ruhani atamızın Quran oxuduğu bu gözəl günlərdə yazılarında niyə ermənilərə nifrin püskürürsən?
Doğulduğum Cəbrayıl rayonu 1993-cü ildə ermənilər tərəfindən işğal olunandan sonra başımıza gəlməyən musibət qalmadı. Bu barədə çox danışıb, çox yazdığımız üçün birbaşa mətləbə keçmək istəyirəm. İyirmi yeddi il sonra ata yurduna gedən insanlar ermənilərin xarabalığa çevirdiyi evlərində ağlayıb-sızlayandan sonra əzizlərinin uyuduğu qəbiristanlıqlara üz tutdular. İşğal dövründə ermənilər kəndlərin böyük əksəriyyətində qəbiristanlıqları şumlayıblar. Bununla da ürəyi soyumayan düşmən əzizlərimizin sümüklərini yığıb özləri ilə Ermənistana aparıblar. Şəxsən biz babamız Nurullah kişinin qəbrini tapmaq üçün xeyli əziyyət çəkdik. İşğaldan əvvəlki dövrə aid olan bir ağac, iki kolun sayəsində buna nail ola bildik. Yazının sonunda təqdim olunan fotolar yazdıqlarımın əyani sübutudur.
İndi sizdən soruşuram: babamın qəbrini şumlayan o alçaqları necə bağışlayım?
Mən demirəm ki, hərəmiz əlimizə bir tüfəng götürüb ermənilərə güllə ataq. Deyirəm ki, düşməni balalarımıza olduğu kimi tanıdaq. Gələcəkdə nə vaxtsa ermənilərlə yoldaşlıq etsələr, çomaqlarını əllərindən yerə qoymasınlar...
Seymur Verdizadə


