Fransa Norveçi darmadağın edib, Dembele isə het-triklə yadda qalıb
İyunun 11-də ABŞ, Kanada və Meksikada 48 ölkə yığmasının iştirakı ilə startı verilən futbol üzrə 23-cü dünya çempionatı (DÇ-2026) davam edir. Dünən axşam və bu gün səhər mundialda daha üç qrupda ("I", "G" və "H") üçüncü turun oyunları keçirilib. Diqqət çəkən oyunlardan biri mundialın favoritlərindən sayılan və "İ" qrupunda yer alan Fransa millisi ilə Norveç yığması arasında bas tutub. Foksborodakı (ABŞ) 70 min yerlik "Gillette Stadium" arenada keçirilən və 64.146 tamaşaçının izlədiyi həmin oyun fransızların darmadağın hesablı qələbəsi ilə başa çatıb - 4:1 (ilk yarı 3:1). Bu oyunu çoxları Kilian Mbappe (Fransa) - Erinq Hallan (Norveç) dueli kimi gözlədiyi halda, duel baş tutmayıb. İlk iki oyundan sonra mundialın pley-offuna vəsiqə qazanan Fransa millisi bu oyuna tam heyətlə qatilsa da, eyni hüququ əldə edən Norveç millisi gücünü növbəti mərhələyə saxlamaq üçün meydana Hallansız - ikinci heyətlə çıxıb. Fransa millisi isə bu oyunu baş məşqçi Didye Deşsmsız kecirib. Anasının dəfn mərasimində iştirak etmək üçün Fransaya qayıdan Deşamı bu oyunda baş məşqçi əvəzi olan Qe Stefan əvəzləyib. Bununla belə "xoruzlar" meydanda öz sözlərini deyiblər. Oyunda vurulan qollara gəlincə, oyunun 7-ci dəqiqəsində Usman Dembele hesabı açıb - 1:0. O, 20-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vuraraq dubla imza atıb - 2:0. Bundan cəmi 1 dəqiqə sonra norveçli Osqor hesab arasındakı fərqi azaldıb - 2:1.
Di gəl ki, yorulmaq bilməyən Dembele 32-ci dəqiqədə yenidən səhnəyə çıxaraq het-ttikə imza atıb - 3:1.
Matçda son nöqtəni 90+4 dəqiqədə Due qoyub - 4:1.
"İ" qrupunda kecirilən digər matçda isə Seneqal millisi İrak komandasını darmadağın edib - 5:0.
"İ" qrupunda yekun turnir cədvəli belədir:
Fransa 3 3 0 0 10-2 9
Norveç 3 2 0 1 8-7 6
Seneqal 3 1 0 2 8-6 3
İraq 3 0 0 3 1-12 0
Mundialın "G" qrupunda üçüncü tur çərçivəsində keçirilən oyunların nəticəsi aşağıdakı kimi olub:
Yeni Zelandiya - Belçika - 1:5;
Misir - İran - 1:1.
Qrupda yekun turnir cədvəli belədir:
Belçika 3 1 2 0 6-2 5
Misir 3 1 2 0 5-3 5
İran 3 0 3 0 3-3 3
Y.Zelandiya 3 0 1 2 4-10 1
Mundialın "H" qrupunda son tur çərçivəsində baş tutan oyunların nəticəsi isə belə olub:
Uruqvay - İspaniya - 0:1;
Kabo-Verde - Səudiyyə Ərəbistanı - 0:0.
"H" qrupunda yekun turnir cədvəli belədir:
İspaniya 3 2 1 0 5-0 7
Kabo.V 3 0 3 0 2-2 3
Uruqvay 3 0 2 1 3-4 2
Səudiyyə Ə. 3 0 2 1 1-5 2.
Bu gün və sabah isə mundialın "L", "K" və "J" qrupunda üçüncü turun oyunları keçiriləcək və bununla da qrup oyunlarına yekun vurulacaq və DÇ-2026-nın pley-off mərhələsinə yüksələn 32 komanda müəyyənləşəvək.
Qeyd: Reqlamentə görə, mundialın 12 qrupunda ilk iki yeri tutan və 8 ən yaxşı üçüncü komanda pley-offa çıxacaq.
İNTİQAM Məmmədov


