Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rəsmiyyə Sabir:

Canım arxadaşım Asem Erejekızından gözəl bir şeir

İmkansız sevgi
Ürəyimiz birdir, ruhumuz əkiz,
Uzaqda olsan da, bərabərik biz.
Tale niyə belə zalımdır axı,
Səndən uzaqlarda ürək darıxır.


Mənim şəhərimdir gözəl Astana,
Sənin şəhərinsə uzaq Ankara.
Gözümü yollardan yığa bilmədim,
Sarıarxaya da sığa bilmədim.


Ağlım ölçə bilir yerin enini,
Dərk edir dünyanın dərinliyini...
Uçmağa olsa da qanadım, qolum,
Sənə doğru yoxdur gəlməyə yolum.


Gözlərimdə həsrət rəqs eləyirdi,
Gəlişin könlümdə büsat qopardı.
“Bəlkə də qalacaq” ümidi vardı,
Gedişin onu da alıb apardı.


Şirin səsin qalıb qulaqlarımda,
Böyük sevgin üçün borcluyam sənə.
Yanımda olmağı bacarmasan da,
Bu dünyada varsan - o yetər mənə.


Uzaqdan sevməyi səndən öyrəndim,
Belə lütf eyləyər Allahım kimə?...
Qədrini bilməsəm yaxında ikən,
Ağır dərd olardı mənim qəlbimə.


Tərcümə: Rəsmiyyə Sabir

Best coffeeshop in Berlin