Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız Çexiya turnirinə 1 dəst medalla başlayıblar 

Dünən Çexiyanın paytaxtı Praqada kişi cüdoçular arasında Avropa Açıq Turnirinə start verilib. İki gün davam edəcək turnirin start günü Azərbaycan yığması üçün uğurlu olub.

ACF-dən verilən məlumata görə, cüdoçularımız turnirin ilk gününü biri qızıl, biri gümüş, birisə bürünc əyarlı olmaqla bir dəst medalla başa vurublar. Qızıl medal Elşən Əsədovun (66 kq), gümüş medal Elşənin həlledici finalda məğlub etdiyi öz komanda yoldaşı Rəşid Yelkiyevin (66 kq), bürünc isə çıxışını üçüncü pillədə bitirən Kamran Süleymanovun (73 kq) aktivinə yazılıb.

Çexiyada günün ən maraqlı məqamlarından biri 66 kq çəki dərəcəsində Azərbaycan finalının baş tutması olub. 

Qeyd edək ki, ilk gündən sonra Azərbaycan 3 (1-1-1) medalla komanda hesabında ikinci yeri tutur.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin