Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Aydın Quliyev:

Milli dəyərləri rəmzləşdirən orden və medallar əcnəbi dövlət xadimlərinə veriləndə sonu belə urvatsız olur

Milli dəyərləri rəmzləşdirən orden- medalları əcnəbi dövlət xadimlərinə verəndə, axırı elə bu cür urvatsız olur...
    Polşanın prezidenti Navrotski Ukrayna lideri Zelenskini " sən bizim milli şərəf ordenimizə  layiq deyilsən " deyərək " Ağ qartal " ordenindən məhrum etdi ,buna cavab olaraq Ukraynanın müstəqillik dövrünün bütün prezidentləri ( tək 2008 - 2013- cü illərdə hakimiyyətdə olmuş Yanukoviçdən başqa)- Leonid Kuçma, Yuşşenko və Poroşenko  vaxtilə təltif olunduqları Polşanın  " milli şərəf " hesab etdiyi həmin " Ağ qartal" ordenindən imtina etdilər....
Məsələnin siyasi, geosiyasi izahlarını bir kənara qoyaq.Polşanın " milli şərəf" hesab etdiyi orden axı niyə başqa ölkənin başçılarına hədiyyə edilməlidir ki, dostluq pozulan anda onu " üzü qara" gəlin kimi qayrarıb üstünə atsınlar?! Ümumiyyətlə , bir ölkənin milli- mənəvi dəyəri olaraq hansısa şəxsiyyəti, hansısa hadisəni rəmzləşdirən orden - medalla  əcnəbiləri təltif etmək nə deməkdir?!..Başqa ölkələrin başçılarını mükafatlandırmaq üçün başqa üsullar düşünmək olmaz ?! ....
Bu yanlış praktikanın xeyirdən çox ziyanı olduğunu anlamaq üçün daha nə lazımdır?!....

Best coffeeshop in Berlin