Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qulu Məhərrəmli:

Cəlal Bərgüşadın həyat və yaradıcılığına həsr olunan monoqrafiyanın təqdimatı keçirildi

Yazıçı Cəlal Bərgüşad daha çox "Sıyrılmış qılınc" (Babək) və "Boz atın belində" (Qaçaq Nəbi) tarixi romanları ilə tanınır. Amma o, çoxsaylı koloritli hekayələrin, xatirələrin və publisistik yazıların da müəllifidir. Tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Lütviyyə xanım  Əsgərzadə, yazıçının 100 illik yubileyi dalğasında onun bütün həyat və yaradıcılığını təfqiqata cəlb edərək "Cəlal Bərgüşad" adlı sanballı bir monoqrafiya çap etdirib. Dünən Sumqayıt "Poeziya evi"ndə maraqlı və səmimi bir şəraitdə  həmin kitabın təqdimatı keçirildi. Hamı gözəl və səviyyəli danışdı, xüsusən
  öz fədakarlığı və qədirbilənliyi ilə yazıçını yaşadan həyat yoldaşı Sayad xanımın səmimiyyət və həyəcanları yadda qaldı. 
  Unudulmaz yazıçımız Cəlal Bərgüşadın ruhu şad olsun!

 

 

 

Best coffeeshop in Berlin