Kanada millisi DÇ-2026-nın 1/8 finalında
Futbol üzrə keçirilən 23-cü dünya çempionatında sreçmə qrup oyunlarının ardından 32 ən yaxşı komandanın iştirakı ilə mundialın 1/16 final mərhələsinə start verilib. İlk olaraq münasibətləri ayırd etmək üçün meydana mundiala ev sahibliyi edən komandalardan biri olan Kanada ilə CAR millisi çıxıb. Qeyd edək ki, Los-Anceles şəhərindəki "So Fi Stadium" arenada 69.237 tamaşaçının gözü qarşısında baş tutan və taleyi portuqaliyalı referi Juan Pineyriyə həvalə edilən görüş Kanadanın minimal hesablı qələbəsi ilə bitib - 1:0. Matçın taleyini həll edən yeganə qolun müəllifi isə matçın sonunda - 90+2 dəqiqə Stiven Euşmakiu olub. Bununla da Kanada millisi DÇ-2026-nın 1/8 finalına yüksələn ilk milli olub.
Bu gün isə 1/16 final mərhələsində daha iki oyun keçiriləcək. Əvvəlcə Braziliya millisi ilə Yaponiya qarşılaşacaq. Xyuston şəhərindəki "MRG Sradium" arenada baş tutacaq oyun saat 20:00-da başlanacaq.
Saat 23:00-da isə Foksborodakı "Gillette Stadium"da Almaniya ilə Paraqvay qarşılaşacaq.
İNTİQAM Məmmədov


