Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Elxan Ağayev:

“Bədii təsvir və ifadə vasitələri” kitabının annotasiyası təqdim olunub

Nəhayət, görüşə bildik!
Göstərdikləri diqqətə və qayğıya görə Şəmil Sadıqov   və Səbuhi Şahmursoy müəllimlərə təşəkkür edirəm!
    Kitabla ilk tanışlıq hardan  başlanır?
    Sizə kitabın annotasiyasını təqdim edirəm! 
    E.Ağayevin “Bədii təsvir və ifadə vasitələri” kitabı bədii təsvir və ifadə
vasitələrini repetitorun köməyi olmadan müstəqil öyrənmək istəyən abituriyentlər, məktəblilər, müəllimlər, tələbələr və həvəskarlar üçün nəzərdə tutulmuşdur. 
    “Giriş” hissəsində müəllif linqvistik vasitələri əsas meyar kimi qəbul edərək leksik vasitələrlə yarananları bədii təsvir vasitələri, qrammatik vasitələrlə yarananları isə bədii ifadə vasitələri hesab etməklə onların hüdudlarını 
müəyyənləşdirir. 
    “Bədii təsvir vasitələri” bölməsində məcazların əsas xüsusiyyətləri göstərilmiş, hər bir məcaz növü haqqında geniş izah verilmişdir. Xüsusən metonimiyaya aid araşdırmalar orijinallığı ilə seçilir.
    Kitabın ən böyük üstünlüyü ondadır ki, müəllif bədii ifadə vasitələrinin xüsusiyyətlərini geniş və elmi əsaslarla izah etmişdir. Müəllifin fikrincə, bədii ifadə vasitələrinin vəzifəsi hər hansı bir fikri ən optimal cümlə quruluşundan 
və digər sintaktik elementlərdən istifadə etməklə emosional şəkildə ifadə etməkdir. Bu da intonasiya vasitəsilə təzahür edir. Yazıda isə bu intonasiyaya uyğun tətbiq olunan durğu işarələri, ixtisarlar, təkrarlar bədii ifadə vasitələrinin vizual əlamətləridir.
   “Əlavələr” bölməsində müəllif bəzi nəzəri anlayışlara və məcaz nümunələrinə özünün fərqli münasibətini bildirmişdir.

Best coffeeshop in Berlin