Ronaldo ilə Messi arasında rekord savaşı davam edir
Dünən gecə saatlarında baş tutan oyunlarla futbol üzrə 23-cü Dünya Çempionatında (DÇ-2026) 1/16 final oyunlarına yekun vurulub və mundialın bütün 1/8 finalçıları müəyyənləşib. 1/16 finalın son oyunlarından biri futbolun canlı əfsanələrindən biri olan Lionel Messinin formasını geyindiyi hazırki dünya çempionu Argentina millisinin iştirakı ilə keçirilib. Argentina millisi bu mərhələdə Kabo-Verde komandasını 3:2 hesabla məğlub edərək mundialın 1/8 finalına yüksəlib. Bu oyun Argentina millisinin lideri Messi üçün üçqat uğurlu olub. Belə ki, komandasının növbəti mərhələyə adlanması ilə yanaşı, həmin oyunda 39 yaşlı Messi həm də yeni rekordlara imza atıb. O, vurduğu qolla DÇ-2026-da qollarının sayını 7-yə, mundiallar tarixində isə 20-yə çatdırmaqla yeni rekord vurub. Messi mundiallarda meydana çıxdığı oyunların sayını 30-a çatdırmaqla da yeni rekorda imza atıb.
Messi eyni zamanda həmin oyunda millinin heyətində 203-cü matçına çıxmaqla hərəyə 202 oyun keçirən Luka Modriçi (Xorvatiya) və küveytli Badera al-Muşavunu geridə qoyub.
Amma Messi bu göstəricidə digər canlı əfsanədən - Portuqaliya millisinin lideri Kristiano Ronaldodan geri qalır. Çünki, Ronaldo öz ölkəsinin millisində 232 dəfə meydana çıxıb.
Maraqlıdır iki, iki canlı əfsanələr arasında gedən rekordlar savaşı hələ də davam edir.
Qarşıda Argentina millisini 1/8-də Misirlə (bu oyunu çoxları Messi - Salax dueli kimi səciyyələndirir), Portuqaliyanı isə İspaniya ilə çətin oyun gözləyir.
İNTİQAM Məmmədov


