U-20 qadın basketbol millimiz AÇ-də mübarizəni davam etdirir
İyulun 4-də Bolqarıstanın Samokov şəhərində U-20 qadın basketbolçular arasında FİBA Avropa çempionatının "B" dvizionuna start verilib. İyulun 12-dək davam edəcək bu çempionatda Azərbaycan komandası da mübarizə aparır. Turnirin "A" qrupunda yer alan U-20 qadın millimiz startda İrlandiya komandasına məğlub olub - 93:81.
Bu gün isə millimiz saat 21:00:da həmin məkanda Albaniya ilə üzləşəcək.
İyulun 6-da isə Azərbaycan qrupda Yunanıstana qarşı son matçına çıxacaq.
İNTİQAM Məmmədov


