Neymar Braziliya millisində karyerasını bitirib
Futbol üzrə 5 qat dünya çempionu adını daşıyan Braziliya millisinin 34 yaşlı forvardı Neymar DÇ-2026-nın 1/8 finalında Norveçə (1:2) məğlub olaraq mundialla vidalaşandan sora gələcəyi ilə bağlı açıqlama verib. O, bundan sonra millidəki karyerasını bitirdiyini bildirib. Qeyd edək ki, Neymar əfsanəvi Peledən sonra 4 mundialda qol vuran ikinci braziliyalı futbolçu kimi tarixə düşüb. O, iştirak etdiyi 4 DÇ-da üst-üstə 15 oyun keçirib və 9 qol vurub (DÇ-2014-də 4 qol, DÇ-2018 və DÇ-2022-nin hərəsində 2 qol). Yeri gəlmişkən, Norveçlə oyunda penalti ilə qol vuran Neymar Braziliya millisində 130 oyun keçirib. Bu oyunlarda o, vurduğu 80 qol və 59 məhsuldar ötürmə ilə yadda qalıb.
Bunlarla yanaşı, Neymar Braziliya millisi ilə Olimpiada - 2016-nın və Konfederasiya Kuboku - 2013-ün qalibi, Amerika Kuboku -
2021-nin mükafatçısı və Olimpiada - 2012-nin gümüş medalçısı olub.
İNTİQAM Məmmədov


