"Real" klubu braziliyalı forvard Vinisius Juniorla danışıqlar aparacaq
Braziliya millisinin 25 yaşlı forvardı Vinisius Juniorun hazırda formasını geyindiyi "Real"(Madrid) klubu ilə qüvvədə olan müqaviləsi 2027-ci ilin ilk günündə başa çatacaq. Əgər "Kral klubu" həmin vaxta qədər onunla yeni razılaşma əldə etməzsə, onda forvard yeni klublarla danışıqlar apara bilər.
Bu arada klubdan bildirilib ki, DÇ-2026-dan sonra sambaçı forvardla danışıqlar aparılacaq. İndi onun fikrini mundialdan kənarlaşdırmaq istəmirlər.
Xatırladaq ki, Junior hazırki müqaviləyə əsasən bir mövsümdə 20 milyon avro əmək haqqı alır. Futbolçu bunun 30 milyon olmasını istəmişdi. Real isə bunu inanılmaz olduğunu bildirirdi. İndi isə...
Yeri gəlmişkən, Junior 2025/26-cı illər mövsümündə "Real"ın heyətində müxtəlif turnirlərdə meyxana çıxdığı 53 oyunda 22 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
O, DÇ-2026-da isə 4 oyunda vurduğu 4-ü qolla mundialın bombardirləri siyahısında Top-8-də beşincidir.
Bu arada "Transfermrkt" portalı onu 140 milyon avro civarında dəyərləndirib.
İNTİQAM Məmmədov


