Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Argentina millisinin üzvləri Messini atıb-tutublar 

Dünən gecə saatlarında futbol üzrə 23-cü dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində Atlantada (ABŞ) baş tutan və 3:2 hesabla bitən Argentina - Misir matçından sonra argentinalı futbolçular matçın əsas qəhrəmanı olan 39 yaşlı forvard Lionel Messini atıb-tutublar. 

Xatırladaq ki, həmin matçın 79-cu dəqiqəsindək argentinalılar hesabda 0:2 geridə olublar. Məhz bu dəqiqədən başlayaraq Argentina millisi Messinin sayəsində qolları siramaqla qalib gəlib və adını 1/4 finala yazdırıb - 3:2.

İlk qola assistentlik edən Messi ardından özü səhnəyə çıxıb - 2:2. Matçın son  əlavə edilmiş vaxtında isə argentinalılar qələbə topunu vurublar - 3:2.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111