Milli Məclis Ukrayna ilə hüquqi yardım haqqında sazişi təsdiqləyib
Azərbaycan Ukrayna ilə mülki və kommersiya işləri üzrə hüquqi yardım haqqında müqaviləni ratifikasiya edib.
Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və kommersiya işləri üzrə hüquqi yardım haqqında müqavilənin təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Müqavilə 25 aprel 2026-cı ildə Qəbələdə imzalanıb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılıb və bir oxunuşda qəbul edilib.


