Güləşçimiz Hacı Kərimov AÇ-nın finalında
İyulun 10-da Şimali Makedoniyada 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə Avropa çempionatına sərbəst güləşçilərin çıxışı ilə start verilib. Azərbaycan komandasının da iştirak etdiyi bu yarışın ilk günü çəkisi 57, 66, 70, 79 və 97 kq olan güləşçilər mübarizəyə qatılıblar. Beşliyimizdən yalnız Hacı Kərimov (70 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq, finala yüksəlib. Qeyd edək ki, Bolqarıstan və Slovakiyadan olan rəqiblərini 10:0 hesabla məğlub edərək yarımfinala yüksələn Kərimov burada isə Rusiya təmsilçisini (7:0) üstələyərək finala çıxıb. O, iyulun 11-də həlledici finalda fransalı Bayssanqur Bitmurzayrvlə üzləşəcək.
Start günü döşək üzərinə çıxan digər təmsilçilərimizə gəlincə, Məhəmməd İsmayılovla (57 kq) Bəşir Verdiyev (65 kq) yarışların ikinci günü bürünc medal uğrunda görüşə çıxacaq.
Elcan İsmayılzadə (79 kq) ilə Fərhad Süleymanov (97 kq) isə mübarizəni təsəlliverici görüşlərlə davam edəcək.
İNTİQAM Məmmədov


