Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Neftçi SOKAR" DQS-nın 1/2 finalında büdrəyib

Qadınlar arasında 3x3 basketbolu üzrə keçirilən Dünya Qadın Seriyasının Kaseres (İspaniya) mərhələsində ölkəmizi təmsil edən "Neftçi SOKAR" klubu mübarizəni yarımfinalda dayandırıb. Qrup mərhələsini ikinci pillədə başa vurmaqla 1/4 finala yüksələn təmsilçimiz bu mərhələdə ev sahibi olan İspaniya millisini (16:15) məğlub edərək yarımfinala yüksəlib. Təəssüflər olsun ki, klubumuz finala çıxışda Latviya (15:16) yığması ilə bacarmayıb və bununla da mübarizəni dayandırıb.

Xatırladaq ki, "Neftçi SOKAR" DQS-nın geridə qalan 13 mərhələsindən ikisinin qalibi olub və hazırda 352 xalla turnir cədvəlində ikincidir. Yeri gəlmişkən, özügedən turnirdə iştirak edən və cəmi iki mərhələyə qatılan Azərbaycan millisi isə 18 xalla 54-cü yerdədir. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin