U-20 qadın basketbol millimiz AÇ-da
Bolqarıstanın Samokov şəhərində 20 yaşlı (U-20) qadın basketbolçular arasında keçirilən və Azərbaycan yığmasının da qatıldığı Avropa çempionatının B dvizionunda yarışlar artıq finişə yaxınlaşır.
Çempionatın startından məğlubiyyətlər məngənəsinə düşən millimiz bu gün 9-14-cü yerlər uğrunda görüşə çıxacaq. Saat 22:00-da başlanacaq oyunda rəqib Rumıniya olacaq.
Dünən isə Bratislavada (Slovakiya) eyni yaşdan olan oğlanların analoji yarışı başlayıb. İlk oyunda İsveçə (58:85) məğlub olan millimiz bu gün isə meydan sahibi ilə üzləşəcək.
İNTİQAM Məmmədov


