Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əlisa Qəmgin: 

Bu fani aləmdə hökmü zər verir...

Bacara bilmirəm bəzən özümlə

Sözləri çəkirəm dar ağacına.

Ağlayır, hönkürür, yaş gilələnir

Gileyli sözlərin al yanağına.

 

 

Edam kürsüsünə gedən yoldu bu

Hər addım hər anda bəd xəbər verir.

Qumarbaz dünyadan nə gözləyim ki

Bu fani aləmdə hökmü zər verir.

 

 

Mən sözə güvəndim, söz güvənc yerim

Sözdən məlhəm qoydum yaralarıma.

Edam kürsüsündən azad olunca

Tələsir şerimin misralarına.

08.07.2026

ƏLİSA QƏMGİN

Best coffeeshop in Berlin