Hikmət Hacıyev: D-8 təşəbbüsünün ilk nəticələrini artıq görürük
Azərbaycan hökuməti D-8 Mükəmməllik Media Mərkəzinin yaradılmasını tam dəstəkləyir.
Bunu 4-cü Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan D-8-in tamhüquqlu üzvü olaraq təşkilatın fəaliyyətinə və proqramına xüsusi əhəmiyyət verir.
"Prezident İlham Əliyev Azərbaycanda Mükəmməllik Media Mərkəzinin, eləcə də D-8 daxilində Analitik Mərkəzin yaradılması təşəbbüsünü alqışlayıb. Bu gün biz artıq bu təşəbbüsün ilk nəticələrini görürük", - Hacıyev qeyd edib.
O, D-8 Media Mərkəzinin təşkilatın üzv ölkələri arasında media sektorunda əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformaya çevriləcəyini vurğuladı.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



