Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hikmət Hacıyev D-8 rəhbərliyi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Sohail Mahmud, Təşkilatın direktoru Mustafa Özcan və Baş katibin icraçı köməkçisi Məhəmməd Bilal Xan ilə görüşüb.

Görüşdə Azərbaycan ilə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Hikmət Hacıyev xatırladıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda D-8 Media Mükəmməlliyi Mərkəzinin yaradılması təklifi irəli sürülüb. O qeyd edib ki, dövlət başçısının bu təşəbbüsü çərçivəsində ötən il ilk D-8 Media Forumu keçirilib. D-8 Media Mükəmməlliyi Mərkəzinin açılışı bu təşəbbüsün məntiqi davamıdır.

Öz növbəsində, Sohail Mahmud D-8-in Azərbaycanda Media Mükəmməlliyi Mərkəzinin yaradılması münasibətilə təbrik etdi və minnətdarlığını bildirdi.

Söhbət zamanı Mərkəzin D-8 üzv dövlətlərindən olan media nümayəndələrinin peşəkar təlimi, süni intellekt və media sahələrində yeni çətinliklərin müzakirəsi, dezinformasiya ilə mübarizə üzrə təlim sessiyalarının təşkili və təcrübə mübadiləsi üçün mühüm platformaya çevriləcəyi vurğulandı.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111