Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın şahmatçılarızın Olimpiadaya hazırlığı davam edir

Azərbaycanın qadın şahmatçılardan ibarət yığma komandası qarşıdakı Ümumdünya Şahmat Olimpiadasına hazırlıq prosesini davam etdirir. İki gün öncə Şabran təlim-məşq toplanışını (TMT) başa vuran qadın yığmamız paytax Bakıya dönüb.

AŞF-dan verilən məlumata görə, kapitanı Nicat Abbasov və məşqçisi Qədir Hüseynov olan qadın yığmamızın heyətində Avropa çempionu Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova yer alıb.

Yeri gəlmişkən, Ümümdünya Şahmat Olimpiadası 15-27 sentyabr günlərində Özbəkistan Səmərqənd şəhərində keçiriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin