Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

MEK-in fəaliyyəti AZTV-nin “Telesəhər” verilişində işıqlandırılıb +VİDEO

Azərbaycan Televiziyasının (AZTV) “Telesəhər” verilişində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fəaliyyətinə həsr olunmuş süjet yayımlanıb.

Birbaşa bağlantı zamanı MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov kitabxanada gənclərdə mütaliə vərdişlərinin formalaşdırılması və inkişafı istiqamətində həyata keçirilən layihələr, elektron kitabxananın imkanları, rəqəmsallaşdırma prosesi, eləcə də süni intellekt əsaslı axtarış sisteminin tətbiqi barədə məlumat verib.

Süjetdə Mərkəzi Elmi Kitabxananın müasir informasiya mərkəzi kimi elmi biliklərin əlçatanlığının təmin edilməsi, oxuculara təqdim olunan innovativ xidmətlərin genişləndirilməsi barədə də məlumat təqdim olunub.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111


https://youtu.be/Rc6DFJKbBZs