Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

DÇ-2030-un formatı dəyişə bilər

FİFA prezidenti Canni İnfentino bildirib ki, 4 ildən sonra keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2030) formatında dəyişiklik ola bilər. Yəni ki, 2030-cu ildə keçiriləcək dünya çempionatında iştirakçı komandaların sayının 68-ə çatdırılma ehtimalı var. Qeyd edək ki, 56 yaşlı FİFA funksioneri ABŞ, Kanada və Meksikada kecirilən və ilk dəfə olaraq 48 komandanın iştirak etdiyi bu mundialda iştirakçı sayının çox olmasının daha da maraqlı olduğunu qeyd edib. Ona, gələcək planlar haqda verilən suala cavab olaraq belə deyib:

"Bu il mundialda ilk dəfə olaraq 48 komandanın iştirak etməsi çox maraqlı oldu. Bütün oyunlar yüksək səviyyədə keçdi. Komandaların hamısı qol vurmağı və ən azından 1 xal qazanmağı bacardı. Afrikanın təmsil edən 10 komandadan 9-u pley-offa çıxa bildi. Əvvəlki mundialda isə Afrika cəmi beş komanda ilə təmsil olunmuşdu. Düşünürəm ki, gələcəkdə sayın çox olması hər bir komandanın mundialda iştirak etmək şansını artıracaq" - Canni İnfentino belə deyib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin