Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Svastika: Hindistan və Azərbaycanı Birləşdirən Müştərək İrs

Svastika dünyanın ən qədim müqəddəs simvollarından biridir. Hinduizmdə o, uğur, rifah, firavanlıq və həyatın əbədi dövranını təmsil edir. Bu simvol minilliklər boyu dini ayinlərdə, məbədlərdə və bayram mərasimlərində istifadə olunmuşdur.

Maraqlıdır ki, svastika motivləri Azərbaycanın Şəmkir rayonundakı Qaracəmirli yaşayış yerində tapılmış Tunc dövrünə aid artefaktlar üzərində də aşkarlanmışdır ki, bu da ibtidai icma quruluşuna aid dövrlərdə bu qədim simvolun Avrasiyada geniş yayılmış olduğunu göstərir. Bu tapıntılar qədim cəmiyyətlər arasında geniş coğrafiyada mövcud olmuş mədəni əlaqələri və müştərək simvolik ənənələri əks etdirir. Eyni zamandaç onlar Hindistan yarımadası ilə Cənubi Qafqaz xalqları arasında mövcud olmuş dərin tarixi əlaqələri və qarşılıqlı mədəni mübadiləni araşdırmağa imkan yaradır.

Svastika simvolu Azərbaycanda sonrakı dövrdə XVII–XIX əsrlərdə hind və siqh tacirləri və zəvvarları tərəfindən inşa edilmiş Bakı yaxınlığında yerləşən Atəşgah məbədində yenidən qarşımıza çıxır. Bu məbəddəki devanaqari və qurmuxi əlifbaları ilə yazılmış kitabələr bölgədə Hindistan mənşəli dini ənənələrin uzunmüddətli mövcudluğunu əks etdirir. Svastika motivinin bu Hindistan–Azərbaycan müqəddəs məkanında yenidən meydana çıxması yalnız simvolun minilliklər boyu yaşamasını deyil, həm də Avrasiya boyunca insanların, inancların və dini ayinlərin tarixi hərəkətini nümayiş etdirir.

Bu gün Hindistanda svastika hindu həyatında müqəddəs bir simvol olaraq qalır. Ondan məbədlərdə, evlərdə, dini bayramlarda və xüsusilə Divali kimi mərasimlərdə firavanlıq və bərəkət arzulamaq məqsədilə istifadə edilir. Onun dörd qolu çox vaxt dörd əsas istiqaməti, dörd Vedanı və zamanın dövri təbiətini simvolizə edən ünsürlər kimi qəbul edilir.

Beləliklə, svastika öz dərin tarixi və sivilizasiya kontekstində minilliklər boyu formalaşmış müştərək bəşəri irsin rəmzi kimi qədim Azərbaycan ilə Hindistan arasında mənəvi və mədəni körpü rolunu oynayır.

Azərbaycanın Şəmkir rayonunun Qaracəmirli yaşayış yerində aşkar edilmiş eramızdan əvvəl II minilliyə aid saxsı qab üzərində svastika simvolu

 

Azərbaycanda aşkar edilmiş eramızdan əvvəl II minilliyə aid artefakt üzərində svastika simvolu

 

Hindistanda Tunc dövrünə aid müxtəlif arxeoloji abidələrdə aşkar edilmiş, eramızdan əvvəl III minilliyə aid svastika simvolları. Mənbə: Yeni Dehli Milli Muzeyi.

 

Atəşgah məbədindəki kitabə üzərində svastika simvolu.

 

Hindistanın Racastan ştatının Caypur şəhərindəki Qarh Qaneş məbədində svastika simvolu.

 

Hindistanın Uttar-Pradeş ştatının Varanasi şəhərində keçirilən Dev Divali festivalı zamanı svastika simvolu.

* * *

ENG:

Swastika: A Shared Heritage Connecting India and Azerbaijan

The Swastika is one of the oldest known sacred symbols in the world. In Hinduism, it represents auspiciousness, well-being, prosperity, and the eternal cycle of life, and has been used for thousands of years in religious rituals, temples, and festivals. 

Interestingly, swastika motifs have also been discovered on Bronze Age artifacts from Garajamirli in Azerbaijan's Shamkir district, reflecting the widespread use of this ancient symbol across Eurasia in prehistoric times. These findings underscore the rich cultural interactions and shared symbolic traditions that connected ancient societies across vast regions. They invite us to explore the deep historical links and exchanges that existed between the peoples of the Indian subcontinent and the South Caucasus. 

Swastika symbol reappears in Azerbaijan at the Ateshgah Fire Temple near Baku, built by Hindu and Sikh traders and pilgrims between the 17th and 19th centuries. The temple’s Devanagari and Gurmukhi inscriptions reflect the enduring presence of Indian religious traditions in the region. The reappearance of the swastika motif in this later Indo-Azerbaijani sacred environment demonstrates not only the longevity of the symbol, but also the historical movement of people, beliefs, and rituals across Eurasia. 

In India today, the swastika remains a sacred symbol in Hindu life, used in temples, homes, festivals, and rituals such as Diwali to invoke prosperity and blessing. Its four arms are often seen as representing the four directions, the four Vedas, and the cyclical nature of time. 

This Swastika symbol in its deeper historical and civilizational context acts as a bridge linking ancient Azerbaijan and India across thousands of years of shared human heritage.

Best coffeeshop in Berlin