Argentina millisi DÇ-2026-nın finalında
ABŞ, Kanada və Meksikada futbol üzrə keçirilən və sayca 23-cü olan dünya çempionatı artıq finişin bir addımlığındadır.
Dünən gecə saatlarında mundialda daha bir yarımfinal oyunu keçirilib və bununla finalçılar müəyyənləşib. Söhbət Atlanta (ABŞ) şəhərindki "Mersedes -Benz Stadium" arenada baş tutan və 1:2 hesabla bitən İngiltərə - Argentina matçından gedir. Amerikalı referi İsmail Elfatın idarə etdiyi və 68.239 azarkeşin birbaşa arenada izlədiyi həmin oyunda ilk qol vuran britaniyalılar olsa da, sonda qələbəyə sevinən və finala yüksələn cənubi amerikalılar olub. Matçın 55-ci dəqiqəsində Morqan Rocersin ötürülməsini məntiqi sonluqla başa çatdıran Entoni Qordan hesabı açaraq İngiltərə millisini hesabda önə çıxarıb -1:0.
Bundan 30 dəqiqə sonra Entso Fernandes Lionel Messinin ötürülməsini qola çevirməklə hesabı bərabərləşdirib - 1:1. Matçın sonunda isə (90+2 dəqiqə) L. Martines Messinin ötürmasindən yararlanıb - 1:2.
Bununla da DÇ-2022-də dünya çempionu adını qazanan Argentina millisi yenidən mundialın həlledici finalına yüksəlib.
İyulun 19-da Argentina millisi çempionluq titulunu özündə saxlamağa uğrunda İspaniya yığması ilə qarşılaşacaq.
Elə həmin gün üçüncü yer uğrunda isə finala çıxışda büdrəyən İngiltərə ilə Fransa qarşılaşacaq.
İNTİQAM Məmmədov


