"Potensiallı cüdoçularımız çox olduğu üçün biz sürpriz gözləmirik, ümid edirik"
Bu sözləri 4-11 oktyabr günlərində Bakıda böyüklər arasında keçiriləcək cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı 16 iyulda "Baku Marriott Hotel Bouelvard" hoteldə keçirilən mətbuat konfransında Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəsad Rəsullu deyib.
Yeri gəlmişkən, mətbuat konfransında onunla yanaşı ACF-nın vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli və Gənclər İdman Nazirliynin idman şöbəsinin rəisi Elnur Məmmədov iştirak edib.
Dünya çempionatının rəsmi loqosunun video çarxla təqdimatından sonra, ilk söz alan Rəşad Rəsullu mundiala hazırlıq prosesinin plan üzrə davam etdiyini və hər şeyin istənilən səviyyədə getdiyini bildirib.Onun sözlərinə görə, çempionata yüksək səviyyədə hazırlaşmaq üçün ACF hazırda Gənclər İdman Nazirliy, Milli Olimpiya Komitəsi (MOK) və Beynəlxalq Cüdo Federasiyası (İJF) ilə birgə fəaliyyət göstərir.
İyulun 2-dən etibarən çempionatın biletlərinin satılmasına start verildiyini vurğulayan Rəsulu artıq 670 biletin satıldığını da dilə gətirib.
Milli komandanın mundiala hazırlıqla bağlı qarşıdakı planlardan söhbət açan icraçı vitse-prezidenti qeyd edib ki, bu günə qədər cüdoçularımız Avstriya, Belçika, Fransa, Gürcüstan, Özbəkistan, Çexiya, İspaniya və İtaliyada təlim-məşq toplanışında olan cüdoçularımız bundan sonra da bir neçə beynəlxalq toplanışlarda, həm də, müxtəlif səviyyəli turnirlərdə özlərini sınayacaqlar. Millimizin mundialda iştirak edəcək
heyətinin müəyyənləşməsinə gəlincə, Rəsullu deyib edib ki, cüdoçularımızı 5-15 avqust günlərində Qazaxıstan təşkili ediləcək beynəlxalq toplanış, sonra isə 11-13 sentyabrda Olimpiya təsnifatlı Macarıstan Böyük Dəbilqəsi gözləyir. Məhz Macarıstan turnirində sonra mundiala ev sahibliyi edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşəcək. Onun sözlərinə görə, həm kişi, həm də qadın millimiz 7 çəkidə 9 cüdoçu ilə təmsil olunacaq. Əgər İJF icazə verərsə, onda Azərbaycan ev sahibi kimi heyəti bir qədər də artıra bilər.
Onun sözlərinə heyət müəyyənləşərkən cüdoçularda üç əsas şərtlər nəzərə alınacaq.
1. İdmançıların ilboyu iştirak etdikləri beynəlxalq turnirlərdə göstərdikləri nəticələr;
2. Cüdoçuların reytinq cədvəlindəki vəziyyəti;
3. Təlim-məşq toplanışında məşqçinin verdiyi tapşırıqları necə yerinə yetirə bilməsi.
- "Artıq Azərbaycanda 3 dünya çempionu var. Bu dəfəki, dünya çempionatında gözlədiyiniz sürpriz varmı?" Sualına cavab olaraq, o, bildirib ki, "Cüdoçularımız hamısı potensiallı olduqları üçün biz sürpriz gözləmirik, medal qazanacaqlarına ümid edirik" - R.Rəsullu belə deyib.
İNTİQAM Məmmədov


