Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Sağlam məhəllə"nin sayı artır 

Azərbaycanın Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən "Sağlam məhəllə" çərçivəsində yaradılan  idman zonalarının sayı artmaqda davam edir. Növbəti belə zonalar iyulun 16-da Zərdab və Ucar rayonunda, iyulun 17-də isə Kürdəmir şəhərində istifadəyə verilib. Zonaların açılış mərasimində Gənclər və idman Naziri Fərid Qayıbov iştirak edib. Nazir eyni zamanda yeni istifadəyə verilən bu idman qurğularında ayrı-ayrı idman növləri ilə məşğul olan uşaqlar, eləcə də məhlə sakinləri ilə görüşüb və onlarla söhbət edib. 

Qeyd edək ki, "Sağlam məhəllə" lahiyəsi çərçivəsində yaradılan idman zonalarında mini-futbol, basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, o cümlədən açıq havada istifadə üçün trenajor qurğuları yaradılıb.

Yeri gəlmişkən, artıq bu günədək "Sağlam məhəllə" lahiyəsi çərçivəsində belə idman zonaları ölkənin 25 ayrı-ayrı rayon və şəhərlərində istifadəyə verilib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin