Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Millimiz DQS-nın Bakı mərhələsiylə erkən vidalaşıb 

İyunun 18-də qadınlar arasında 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinə "Fəvvarələr meydanı"nda 18 komandanın iştirakı ilə  start verilib. Qaydalara görə ilkin təsnifat mərhələsində 6 kollektiv iki qrupda mübarizə aparıb. Sonda isə qrup liderləri əsas mərhələdə mübarizəni davam etdirmək hüququ qazanıb. Təəssüflər olsun ki, Azərbaycan komandası mübarizəni elə ilkin təsnifat mərhələsindəcə dayandırıb.

Təsnifat mərhələsində oyunların nəticələri belə olub:

A qrupunda: Slovakiiya - Sloveniya - 10:21;

Sloveniya - Lampalar - 21:6;

Slovakiya - Lampalar - 16:7.

 

B qrupunda:

Azərbaycanın - Benim - 21:3;

Azərbaycanın - Braziliya - 9:19;

Braziliya - Benin - 20:3.

 

Beləliklə, A qrupundan Sloveniya, B qrupundan isə Braziliya komandası turnirin əsas qrup mərhələsinə yüksəlib.

Əsas qrup mərhələsində isə 12 komanda 4 qrupda mübarizə aparacaq.

A qrupunda: 

"Neftçi SOKAR", Litva, "Praqa" Çexiya;

B qrupunda: 

"Rapid Bucharest" (Rumıniya), Çexiya, Sinqapur;

C qrupunda:

Çili, Latviya, Sloveniya;

D qrupunda:

İspaniya, Avstriya, Braziliya.

 

Əsas qrup oyunlarına saat 15:00-da start veriləcək. 

Turnirə sabah yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin