"Neftçi SOKAR" DQS-nın 1/4 finalında
İyulun 18-də paytax Bakının "Fəvvarələr meydan"ında 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinə start verilib. Turnirin ilk günü ilkin təsnifat oyunları və qrup görüşləri keçirilib. Azərbaycan millisi və "Neftçi SOKAR" klubu da daxil olmaqla, 18 kollektivin mübarizə apardığı turnirdə 19 iyulda isə 1/4 final mərhələnin görüşləri ilə mübarizə davam edəcək.
Xatırladaq ki, ilkin təsnifat mərhələsində mübarizəni dayandıran millimizdən fərqli olaraq, "Neftçi SOKAR" iyulun 19-da mübarizəni 1/4 finaldan davam edəcək. Təmsilçimiz bu mərhələdə Çexiyanın "Praqa" klubu ilə üzləşəcək.
1/4 finalda keçiriləcək digər oyunlarda isə aşağıdakı cütlər qarşılaşacaqlar:
Litva - Çili;
Avstriya - Çexiya;
"Rapid Buxarest" (Rumıniya) - İspaniya.
Yeri gəlmişkən, "Neftçi SOKAR" ilkin qrup mərhələsində "Praqa" (Çexiya) klubuna 18:14 hesabla qalib gəlib, Litva millisinə isə uduzub - 16:21.
Xatırladaq ki, "Neftçi SOKAR" klubu DQS-nın geridə qalan mərhələ yarışlarının ikisində birinci yeri tutub.
İNTİQAM Məmmədov


