Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Futbol üzrə DÇ-2026 Argentina - İspaniya matçıyla finışə çatıb 

İyunun 11-də planetin 48 ən yaxşı yığma komandasının iştirakı ilə ABŞ, Meksika və Kanadada startı verilən futbol üzrə 23-cü dünya çempionatı (DÇ-2026) nəhayət ki, gəlib finişə çatıb. Bu çempionata Argentina və İspaniya yığmasının üzləşəcəyi həlledici final oyunla yekun vurulacaq. Oyun 19 İyul, saat 22:00-da ABŞ -ın Nyu-Cersi ştatının İst-Rsterford şəhərindəki "Metlayr" stadionunda başlanacaq. 

Yeri gəlmişkən, bu komandalar indiyədək cəmi bir dəfə qarşılaşıblar. DÇ-1966-da baş tutan həmin oyunda cənubi amerikalılar qalib gəliblər - 2:1. Odur ki, bu oyunda İspaniya millisi revanş etmək və bir neçə il öncə yaşadığı çempionluq sevincini yenidən yaşamaq üçün maksimum səylə çalışacaq. Argentina isə hazırkı çempionluq titulunu özündə saxlamağa var qüvvəsi ilə can atacaq.

Yeri gəlmişkən, xatırladaq ki, ispanlar finala çıxışda Fransa millisini (2:0), ondan əvvəlki pley-off oyunlarda isə Avstriya (3:0), Portuqaliya (1:0) və Belçikanı (3:0) məğlub edib.

1/2-də İngiltərəni (2:1) məğlub edərək finala yüksələn Argentina isə pley-offun əvvəlki oyunlarında Kabo-Verdeni (3:2), Misiri (3:2) və İsveçrəni (3:1) məğlubiyyətə uğradıb.

Bu final matçının Messi - Yamal qarşılaşması kimi də səviyyələndirmək olar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin