Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Didye Deşam Fransa millisi ilə vidalaşıb

Futbol üzrə keçirilən 23-cü dünya çempionatında üçüncü yer uğrunda keçirilən və  4:6 hesabla başa çatan Fransa - İngiltərə matçından sonra Fransa Futbol Federasiyası ölkə millisinin baş məşqçisi Didye Deşamın istefaya göndərildiyini elan edib.

Qeyd edək ki, 57 yaşlı mütəxəssis 2012-ci ildən Fransa millisinə başçılıq edib. Bu illər ərzində o, milli ilə birlikdə bir sıra uğurlara imza atıb. DÇ-2018-in qalibi olan Fransa millisi DÇ-2022-də və AÇ-2016-da ikinci yeri tutub. 2021/22-ci illər mövsümündə Millətlər Liqasını udan Fransa millisi 2024/25-ci illərdə isə həmin turnirdə üçüncü olub. 

Ümumiyyətlə, Fransa millisi D.Deşamın rəhbərliyi altında 187 dəfə meydana çıxıb. Bu oyunlarda 122 qələbə qazanan Fransa millisi 32 dəfə rəqiblə sülh bağlayıb, 33 oyunda isə  uduzub.

Bir məqamı da qeyd edək ki, bu postda D.Deşamı digər fransalı mütəxəss - uzun illər Fransa millisinin formasını geyinən və "Real"(Madrid) klubunun sabiq baş məşqçisi Zinədin Zidan əvəzləyəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin