Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsinin iştirakçıları Gəncədə Əlişir Nəvai adına Özbək Dili və Mədəniyyəti Mərkəzini ziyarət ediblər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi çərçivəsində iştirakçılar Gəncə şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin nəzdində Əlişir Nəvai adına Özbək Dili və Mədəniyyəti Mərkəzini ziyarət ediblər.

Ziyarət zamanı iştirakçılara Mərkəzin yaradılması, əsas fəaliyyət istiqamətləri, həyata keçirilən elmi tədqiqatlar və Azərbaycan–Özbəkistan elmi-mədəni əlaqələrinin inkişafındakı rolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, burada Azərbaycan–Özbəkistan ədəbi-mədəni əlaqələrinə, xüsusilə Nizami Gəncəvi və Əlişir Nəvainin irsinə dair nəşrlər, tərcümə materialları və elmi tədqiqat əsərləri toplanılıb. Qeyd olunub ki, Mərkəz iki ölkənin alimləri arasında elmi əməkdaşlığın genişləndirilməsinə, ortaq ədəbi-mədəni irsin araşdırılmasına və gənc tədqiqatçıların bu sahəyə cəlb edilməsinə mühüm töhfə verir.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb, Azərbaycan–Özbəkistan elmi, ədəbi və mədəni əlaqələrinin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar Mərkəzdə nümayiş etdirilən kitablar, nəşrlər və elmi materiallarla yaxından tanış olublar.

* * *

* * *

RU:

Участники проекта «Летняя школа культуры Азербайджана» посетили Центр узбекского языка и культуры имени Алишера Навои в Гяндже

В рамках проекта «Летняя школа культуры Азербайджана», реализуемого по инициативе Министерства культуры Азербайджанской Республики и Азербайджанского культурного центра имени Гейдара Алиева в Узбекистане при Посольстве Азербайджанской Республики в Республике Узбекистан, участники проекта посетили Центр узбекского языка и культуры имени Алишера Навои, действующий при Гянджинском отделении Национальной академии наук Азербайджана.

В ходе визита участникам была представлена подробная информация о создании Центра, основных направлениях его деятельности, проводимых научных исследованиях и его роли в развитии азербайджано-узбекских научно-культурных связей. Было отмечено, что здесь собраны издания, переводческие материалы и научные труды, посвящённые азербайджано-узбекским литературно-культурным связям, в особенности наследию Низами Гянджеви и Алишера Навои. Было отмечено, что Центр вносит важный вклад в расширение научного сотрудничества между учёными двух стран, исследование общего литературно-культурного наследия и привлечение молодых исследователей к данной сфере.

В завершение встречи были даны ответы на вопросы студентов, состоялся обмен мнениями о перспективах дальнейшего развития азербайджано-узбекских научных, литературных и культурных связей. Участники подробно ознакомились с книгами, изданиями и научными материалами, представленными в Центре.

Best coffeeshop in Berlin