DÇ-2026-da qol yağışı
Saka het-trikə, Mbappesə dubla imza atıb
Dünən gecə saatlarında futbol üzrə 23-cü dünya çempionatında Fransa və İngiltərə millisi arasında üçüncü yer uğrunda görüş keçirilib və mundialın bürünc medalçısı müəyyənləşib. Mayamidəki (ABŞ) "Hard Rosk Stadium" arenada baş tutan Fransa -İngiltərə matçı sözün əsil mənasında qol yağışına çevrilib. Tribunada əyləşən 64.518 azarkeş qapılara vurulan 10 qola şahidlik ediblər - 4:6. Qeyd edək ki, dramatik məcrada keçən bu oyunda qolların 4-ü ilk yarıda vurulub. Maraqlıdır bu vurulan #qolların hamısı İngiltərə millisinin aktivinə yazılıb.
Matçın ikinci yarısında özünü toparlayan fransızlar da 4 qol vurmağa nail olubar. Lakin dinc durmayan ingilislər isə daha iki qol vurmaqla qələbəni özlərində saxlayıblar. Bununla da, DÇ-1966-cı ildə çempionluq qazanan İngiltərə millisi öz tarixində ikinci dəfə mundialın mükafatçısı olub.
Matçın diqqət çəkən məqamlarından biri də ingiltərəli futbolçu Bukayo Sakanın het-trik, Kilian Mbappeninsə dubl etməsidir.
Matçda berelan qollara gəlincə, 3-cü dəqiqədə Deklan Rays hesabı açıb - 0:1.
18-ci dəqiqədə Raysın ötürülməsini Ezri Konsa qola çevirməklə hesabı artırıb - 0:2.
37-ci dəqiqədə Markus Reşforddan pas alan Bukayo Saka hesabı 3:0-a çatdırıb.
Matçın 45+1 dəqiqəsində dağ Saka yenidən səhnəyə çıxıb - 0:4.
Komandalar bu hesabla fasiləyə yollanıblar.
Fasilədən sonra 48-ci Kilian Mbappe vurulan qollardan birinin əvəzini çıxıb - 1:4
Qarşılaşmanın 54-cü dəqiqəsində məhz Mbappenin ötürməsindən sonra Bredli Barkolye hesab arasındakı fərqi azaldıb - 2:4.
Matçın 66-cı dəqiqəsində Mbappe dubl edərək, həm hesab arasındakı fərqi minimuma endirib, həm də yeni rekordlara imza atıb - 3:4. Bununla da Mbappe DÇ-2026-da vurduğu qolların sayını 10-a çatdırıb. O, həm də mundiallar tarixində 22 oyunda 22 qol vuran yeganə futbolçu kimi rekorda imza atıb.
Görüşün 87-ci dəqiqəsində Saka penalti zərbəsini dəqiq yerinə yetirməklə həm het-trik edib, həm də hesab arasındakı fərqi artırıb - 3:5.
90+6 dəqiqədə Usman Dembele vurduğu qolla hesab arasındakı fərqi yenidən minimuma çatdırıb - 4:5.
Lakin bu da matçda son olmayıb. 90+8 dəqiqədə ingiltərəli Cud Bellinqem hesab arasındakı fərqi yenə də iki topa çatdırıb - 4:6.
Bu axşam saat 23:00-da isə, Argentina və İspaniya millisi arasında keçiriləcək final matçı ilə DÇ-2026-ya yekun vurulacaq.
İNTİQAM Məmmədov


