Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə boksçularımız Qoridən 13 medalla dönüblər

Gürcüstanın Qori şəhərində 17 yaşlı (U-17) yeniyetmələr arasında boks üzrə beynəlxalq turnir keçirilib. Azərbaycanın da daxil olmaqla turnirdə 5 ölkəni təmsil edən idmançılar rinq döyüşünə çıxıblar. Turnir boksçularımız üçün uğurlu olub. Belə rinqə çıxan təmsilçilərimizdən 5-i qızıl, 6-sı gümüş, 2-si isə bürünc medal qazanıb.

Qızıl medallar bütün döyüşlərini qələbə ilə başa vuran Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsibzadə (52 kq), Əli Abaslı (60 kq), Yusif Həsənli (66 kq) və Şükar Əliyevin (80 kq) aktivinə yazılıb.

Gümüş medallar yalnız həlledici finalda büdrəyən Vaqif Məmmədli (50 kq), Qardaş Rəhimov (54 kq), Əli Camalzadə (57 kq), Yusif Ağakişiyev (71 kq), Saleh Fərəcov (80 kq) və Mehran Rəsulovun (+80 kq) payına düşüb. 

İki bürüncün sahibi isə çıxışını üçüncü yerdə bitirən Aydın Şahbazovla (46 kq) Sabir Rüstəmov (60 kq) olub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin