Ferran Torres: "Bu mənim qolum deyil, ...."
DÇ-2026-nın finalında keçirilən və 1:0 hesabla bitən İspaniya - Argentina matçından sonra qalib komandanın forvardaı, matçda vurulan yeganə qolun müəllifi olmaqla qarşılaşmanın qəhrəmanına çevrilən Ferran Torres oyundan sonra maraqlı açıqlama verib: "Məni çox tənqid etdilər. Amma tale zəhmət çəkənləri öz sürprizi ilə mükafatlandırır. Argentinanın qapısına vurulan qol mənim yox, 47 milyonluq ispaniyalı azarkeşlərin qoludur" - Torres belə deyib.
Maraqlıdır ki, Kabo-Verde ilə oyunda 3 metr məsafədən qol vura bilmədiyi üçün Torresi hətta öz babası belə tənqid edibmiş.
Nəhayət ki, final matçının 62-cı dəqiqəsində meydana daxil olan Torres 106-cı dəqiqədə Pedro Porro - Niko Uilyams - Torres gedişini qola çevirməklə İspaniyanın ikinci dəfə dünya çempionu olmasına səbəb olub və matçın qəhrəmanına çevrilib.
İNTİQAM Məmmədov


