Avropa Cüdo Ümidləri Turnirinə yekun vurulub
25-26 İyul günlərində Xırdalandakı "Abşeron" Olimpiya İdman Kompleksində 14 (U-14) və 16 (U-16) yaşlı cüdoçular arasında Avropa Cüdo Ümidləri Turniri keçirilib. İki gün davam edən turnirdə 10 ölkəni təmsil edən 81 klubun heyətində 289 cüdoçu (108-i 16 yaş) tatami üzərinə çıxaraq medallar uğrunda mübarizə aparıb.
Yarışın ilk günü 16 yaşlılar tatamiyə çıxıblar. Həmin gün qızlar 3, oğlanlar isə 4 çəki dərəcəsində güclərini sınayıblar.
Qızların yarışında Fəridə Rəhimli (40 kq), Ayan Həsənli (44 kq) və Aysel İsmayılova (52 kq), oğlanların analoji yarışında isə Sultan Hacıyev (46 kq), Məhərrəm Bayramlı (50 kq), Qərib Atababayev (55 kq) və Raul Məlikzadə (60 kq, hamısı Azərbaycan) turnirin qalibi olub.
U-14-lərin yarışında qızlardan Səma Abdullazadə (38 kq), Mehparə Həsrətzadə (40 kq), Halide Özcan (44 kq, Türkiyə) və Ayla Məmmədli (48 kq), oğlanlar arasında isə Zöhrab Sayadzadə (38 kq), Bəxtiyar Cəbrayıllı (42 kq), Zahid Hüseynzadə (46 kq) və Əli Qurbanlı (50 kq, hamısı Azərbaycan) sözügedən turnirin qalibi adını qazanıb.
İNTİQAM Məmmədov


